COP29

Mourinyo “Fənərbağça”da ilk məşqinə çıxdı - FOTOLAR

25 İyun 00:00 Türkiyə 557
Mourinyo “Fənərbağça”da ilk məşqinə çıxdı - FOTOLAR

“Fənərbağça”nın yeni baş məşqçisi Joze Mourinyo klubla ilk məşqinə çıxıb.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşq portuqaliyalı mütəxəssisin rəhbərliyi ilə Türkiyənin Düzce şəhərinin Kaynaşlı rayonunda “Serkan Acar Topuk Yaylası Təsisləri”ndə baş tutub.

“Fənərbağça” yeni mövsüm hazırlıq çərçivəsində ilk yoldaşlıq matçını burada keçirəcək.

“Sarı-lacivərdlər” 29 iyunda keçiriləcək ilk yoldaşlıq oyununda “Petrolul Ploieşti” ilə qarşılaşacaq. Klub bu matçdan sonra İstanbula qayıdacaq, daha sonra düşərgə üçün Avstriyaya gedəcək.

“Fənərbağça” Avstriyada 3 yoldaşlıq oyunu keçirəcək və “Admira Vakker”, “Hayduk Split” və “Strasburq”la qarşılaşacaq.

Joze Mourinyo bu ayın 2-də İstanbul klubu ilə müqavilə imzalayıb. 61 yaşlı mütəxəssis 3 il ərzində “Fənərbağça”nı çalışdıracaq.








Digər Xəbərlər
Xəbər Lenti