COP29

“Türk Messi”, yüz ildə bir gələn istedad

21 İyun 02:30 Türkiyə 501
“Türk Messi”, yüz ildə bir gələn istedad

Avropa çempionatının Türkiyə-Gürcüstan qarşılaşmasında ölkəsinin qələbəsində böyük pay sahibi olan gənc futbolçu Arda Gülərin kimliyi insanların marağına səbəb olub.

Gələcəyin ulduzu, "Türk Messi” adlandırılan Ardanın çıxışı o qədər ajiotaja səbəb olub ki, matçdan dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da oyunçuya zəng edərək təbrik ünlanlayıb.

Arda Gülər haqda geniş materialı təqdim edirik:

Arda Gülər 2005-ci il fevralın 25-də Ankaranın Altındağ qəsəbəsində Serap-Ümit Gülər cütlüyünün övladı olaraq anadan olub. Arda Güler 9 yaşında futbol karyerasına “Gənclərbirliyi” komandasında başlayıb. 13 yaşında istedadı ilə gündəmə gələn Arda “Gənclərbirliyi” bir çox liqa matçlarında top daşıyan kimi çıxış edib.

Gənc Ardanı ilk olaraq Osmanlıspor-Gənclərbirliyi U-14 matçında başqa futbolçunu izləmək üçün tribunada olan Sərhat Pəkməzci görüb. Bu matçdan sonra Pekmezci Ardanın çəkilişlərindən ibarət videonu Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Damien Comolli və prezidenti Ali Koça çatdırıb. Ali Koç, Gənclərbirliyi futbol klubunun prezidenti Murat Cavcav ilə əlaqə saxlayıb. Transferin son günü, 2019-cu il fevralın 20-də “Fənərbağça” Arda Gülər üçün 150 min lirə pul ödəyərək transferi gerçəkləşdirib. Qısa müddət sonra Arda ailəsi ilə birlikdə İstanbula köçərək klubun gənclər komandasında oynamağa başlayıb.

O, 2021-ci il yanvarın 13-də “Fənərbağça” ilə 2,5 illik peşəkar müqavilə imzalayıb. “Fənərbağça” forması ilə U-19 Super Liqasında 19 matça çıxıb. 7 qol və 4 məhsuldar ötürmə ilə komandasına töhfə verib.

Arda 2023-cü il iyunun 12-də 61-ci kubok finalında Gürsəl Aksel Stadionunda “Başakşehir” futbol klubunu 2-0 hesabla məğlub edən “Fənərbağça” komandası ilə 2022-2023 mövsümündə Türkiyə Kubokunun çempionu oldu. Arda bu matçda 1 məhsuldar ötürmə ilə matçın ən yaxşı oyunçusu seçilib və mükafatlandırılıb.

Uğurlu çıxışı ilə gənc yaşda milli komandaya dəvət olunan Arda Gülər Çexiya ilə oynanılan yoldaşlıq görüşündə 22 dəqiqə meydanda olub.

Avropa çempionatının seçmə mərhələsində Xorvatiya və Latviya ilə qarşılaşan gənc futbolçu iyunun 19-da Uelslə qarşılaşmada 29 dəqiqə meydanda olub və millinin forması ilə ilk dəfə qol vurub.

İstedadı ilə Avropa nəhənglərinin diqqətini çəkən Arda Gülər üçün transfer mövsümü çox aktiv başlayıb.

İspaniyanın "Barselona" və "Real Madrid" klubları Arda Güləri transferi uğrunda yarışıb. “Barselona”nın idman direktoru Deko transfer danışıqları üçün uzun müddət İstanbulda qalsa da, heç bir nəticə əldə edə bilməyib. Beləliklə “Fənərbağça”da elit klubların diqqətini çəkən Arda Gülər 2023-cü il iyul 6-da İspaniyanın "Real Madrid" klubu ilə 6 illik rəsmi müqavilə imzalayıb. Fənərbaxça klubu Arda Gülərin 20 milyon avroluq transfer əvəzi və performansına görə maksimum 10 milyon avro bonus qarşılığında Real Madridə transfer olunduğunu açıqlayıb.

Real Madrid klubunda Arda Gülər qısa müddətdə fiziki göstəriciləri ilə diqqət çəkib.

Arda Gülərdən klassik qol sevincinin mənasını soruşduqda o, "Bu qol sevincinin mənası inam üzərində qurulub. İnanıram ki, hər şey Allahdan gəlir. Çox çalışıram, qalanını da öz öhdəmə buraxıram", - deyə cavab verib.

Arda Gülərin nənəsi Adiyə Gülər müsahibələrinin birində ​​nəvəsinin sakit təbiətli, yardımsevər olduğunu deyib: "Yay aylarında kəndə gələrdi, sadəcə ona bir top verirdik, başqa heç nə istəməzdi. Hətta məni qapıya keçirər, futbol oynayardı. Babası ilə məni heç oturmağa qoymazdı. Matçlardan əvvəl zəng edib mənə dua edin deyərdi".

Ötən gün Arda Gülər Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda keçirilən Türkiyə-Gürcüstan matçının ən yaxşı futbolçusu seçildi.

19 yaşlı yarımmüdafiəçi sözügedən görüşdə baxımlı qola imza atdı. Arda Güler sözügedən matçda fərqlənməklə portuqaliyalı ulduz Kriştiano Ronaldonun rekordunu qırıb.

O, Avropa çempionatları tarixində debüt oyununda qol vuran ən gənc futbolçu (19 yaş 114 gün) olub (teleqraf.com).

Digər Xəbərlər
Xəbər Lenti