COP29

Türkiyənin Avro-2024-də qələbəsi “Sportinfo TV”nin kamerasından belə göründü - VİDEO

19 İyun 18:10 Türkiyə 392
Türkiyənin Avro-2024-də qələbəsi “Sportinfo TV”nin kamerasından belə göründü - VİDEO

Türkiyə Almaniyada keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

F qrupunda yer alan qardaş ölkə komandası Gürcüstanla matçda 3:1 hesablı qələbə qazanıb.

Mərt Müldür 25-ci, Arda Gülər 65-ci dəqiqədə fərqlənib. Türkiyə millisində son nöqtəni Kərəm Aktürkoğlu 90+7-ci dəqiqədə qoyub. Gürcülərin yeganə qolunu isə 32-ci dəqiqədə Georgi Mikautadze vurub.

Dortmund şəhərinin “Siqnal Park” stadionunda keçirilən qarşılaşmanı minlərlə türk fanat izləyib.

Onlar hakimin final fitindən sonra arenada şölən yaradıblar. Burada “ay-ulduzlular”ın şərəfinə qələbə mahnısı səsləndirilib.

Bu matçı izləyənlər arasında “Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğlu da olub.

Onun redaksiyamıza göndərdiyi görüntüləri o ab-havanı bir daha yaşamaq mənasında çox maraqlıdır.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?