![Şahruddinin klubu ağır sanksiyaya məruz qaldı](https://www.sportinfo.az/media/2024/05/15/440803080_1038620344516119_1026911755220181929_n.jpg)
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" cəza ilə üzləşib.
Sportinfo.az xəbər verir ki, FİFA Adana təmsilçisinə transfer qadağası qoyub.
Bu barədə journalist Yağız Sabuncuoğlu X hesabında paylaşım edib. Səbəb isə "Adana Demirspor"un sabiq baş məşqçisi Patrik Klyuvertə olan 142 min avro borcunu ödəməməsidir.
Klub 3 "transfer pəncərəsi"ndə heyətinə futbolçu qata bilməyəcək.