Türkiyə 1-ci liqasında 22-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin müdafiəçisi Sertan Taşkının çıxış etdiyi “Manisa” “Girəsunspor”la qarşılaşıb və 2:0 hesablı qələbəyə sevinib.
Sertan start heyətdə meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib.
“Manisa” bu nəticədən sonra 26 xalla 12-ci pillədə qərarlaşıb.