COP29

Premyer Liqa klubuna keçir - "Fənərbaxça"nın hücumçusu

23 Noyabr 2023 18:40 Türkiyə 971
Premyer Liqa klubuna keçir -

"Fənərbaxça"da heyətə düşə bilməyən Rayan Kent qışda komandadan ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, baş məşqçi İsmail Kartalın etimadanı qazana bilməyən ingilis vinger karyerasını ölkəsində davam etdirməyə yaxındır.

27 yaşlı ön xətt oyunçusunun "Şeffild Yunayted"lə razılıq əldə etdiyi bildirilir. "Renn" və "Reyncers"in də transfer etmək istədiyi futbolçu Premyer Liqada oynamaq istəyir.

"Fənərbaxça" Rayan Kenti mövsümün əvvəlində "Reyncers"lə müqaviləsi bitdikdən sonra zad agent statusu ilə heyətinə qatmışdı.

O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?