COP29

Klub prezidenti tanınmış jurnalistin sualına əsəbiləşdi, iclasdan qovdu! - VİDEO+FOTOLAR

6 Noyabr 2023 12:20 Türkiyə 632
Klub prezidenti tanınmış jurnalistin sualına əsəbiləşdi, iclasdan qovdu! - VİDEO+FOTOLAR

“Fənərbaxça”nın İdarə Heyətinin iclasında gərgin anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, İstanbul klubunun prezidenti Ali Koçun çıxışı zamanı məşhur jurnalist Ogün Altıparmakın sualı aranı qarışdırıb.

Belə ki, “Fənərbaxça”da da futbol karyerası olmuş O.Altıparmak A.Koçun etdiyi narazılıqlara “bibinizin həyat yoldaşı (iş adamı İnan Kıraç) “Qalatasaray”ı idarə edir, ondan soruşun” cavabını verib.

Bu “sarı-lacivərtlilər”in prezidentini əsəbiləşdirib. Nəticədə A.Koç O.Altparmakdan iclası tərk etməsini istəyib. Əks halda onun zorla zaldan çıxarılacağını bildirib.

Jurnalist iclası tərk etdikdən sonra isə müzakirələr davam edib.

İnan Kıraç “Koç Holdinq”in sahibi Rəhmi Koçun bacısının həyat yoldaşıdır. Son günlərdə isə qızı İpək Kıraçla aralarında yaranan problemlərlə gündəmə gəlib.

İnan Kıraç

Ogün Altıparmak

ali-koc-jurnaliste-esebilesdi-iclasdan-qovdu

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?