COP29

Türkiyə millisinin yeni baş məşqçisi hansı məşhur olacaq?

17 Sentyabr 2023 21:00 Türkiyə 827
Türkiyə millisinin yeni baş məşqçisi hansı məşhur olacaq?

Türkiyə milli komandasında baş məşqçi dəyişikliyi gerçəkləşəcək.

Sportinfo.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası Ştefan Kuntsla yollarını ayıracaq.

Bu barədə "Fanatik" nəşri məlumat yayıb. Alman mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam veriləcək.

"Ay-ulduzlular"ı kimin çalışdıracağı da məlumdur. Federasiya Vinçenso Montella ilə razılıq əldə edib.

Ştefan Kunts 2021-ci ilin sentyabr ayından Türkiyə yığmasını çalışdırır. Montella isə son olaraq "Adana Demirspor"un baş məşqçisi olub. İtaliyalı çalışdırıcı 2022/2023 mövsümü bitdikdən sonra Super Liqa təmsilçisindən ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?