"Qalatasaray" Özgür Baran Aksakanı icarəyə verib.
Sportinfo.az xəbər verir ki, 20 yaşlı dayaq yarımmüdafiəçisi "Şanlıurfaspor"a keçib.
Gənc orta xətt oyunçusu 2023/2024 mövsümünü icarə əsasında I Liqa təmsilçisinin heyətində keçirəcək.
Özgür Baran Aksaka "Qalatasaray"ın yetirməsidir. Türk futbolçu əsas komandanın heyətində 3 rəsmi matçda meydana çıxıb.