AÇ-2024-ün seçmə mərhələsində Ermənistanın qapısına qol vuraraq Türkiyə yığmasını məğlubiyyətdən xilas edən Bertuğ Yıldırım diqqət mərkəzinə düşüb.
Sportinfo.az xəbər verir ki, buna səbəb onun 7 ay öncə Hatayda olan zəlzələ nəticəsində dağıntılar altında qalması və bir neçə gün sonra xilas olunmasıdır.
Həmin hadisədən 7 ay sonra milliyə dəvət alan B.Yıldırım Ermənistanla matçın son dəqiqələrində komandasına 1 xal qazandırdı.
21 yaşlı oyunçunun dağıntılar altından xilas olduqdan sonra yaxşı çıxışı müzakirələrə səbəb olub. Hər kəs futbolçuya dəstəyini bildirib.
Bertuğ Yıldırım hazırda Fransanın “Renn” klubunda çıxış edir.