İki futbolçu Türkiyə milli komandasının heyətindən kənarlaşdırılıb.
Sportinfo.az xəbər verir ki, "Qalatasaray"ın oyunçuları Kerem Aktürkoğlu və Abdulkerim Bardakçı "ay-ulduzlular"ın düşərgəsini tərk edib.
Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Kerem Aktürkoğlu dünən Avro-2024-ün seçmə mərhələsinin Ermənistanla matçında zədələnib. Bardakçı isə ailə vəziyyəti ilə bağlı millidən ayrılıb.
Türkiyə yığması sentyabrın 12-də Belçikada Yaponiya seçməsi ilə yoldaşlıq görüşü keçirəcək.