Türkiyənin iki nəhəng klubu – «Qalatasaray» martda, «Beşiktaş» mayda Azərbaycana səfər etdi.
İstanbul təmsilçiləri Bakıda xeyriyyə matçına çıxdı. «Cim-Bom» «Qarabağ», «qara qartallar» «Sabah»la üz-üzə gəldi.
Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardım məqsədilə təşkil olunan görüşlər böyük rezonans doğurdu, rəğbətlə qarşılandı.
Və yeni sual ortaya çıxdı - bəs «Fənərbağça» nə vaxt paytaxtımızın qonağı olacaq?
«İdman»TV-də bununla bağlı maraqlı fikirlər səsləndirilib. Kanalının aparıcısı Orxan Sübhan efirdən «sarı-lacıvərdilər»ə mesaj gönlərib, azərbaycanlı futbolsevərlərin onların yolunu gözlədiyini bildirib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: