![Çempionatda XAOS: Əcnəbi hakim sevdası, sifarişli ssenarilər - VİDEO](https://www.sportinfo.az/media/2025/02/10/9957c969-bea5-4503-b07f-ca8c22130ede.jpg)
“Türkiyə futbolu adına utancverici gecələrdən biri idi.
Çempionluq yarışında təkcə meydanda deyil, meydandankənar hadisələrdə də diqqətli olnmaq lazımdır.
Böyük komandalar, adətən, bu proseslərdə lobbiçilik fəaliyyətlərindən malsimum şəkildə yararlanılar.
“Qalatasaray” – “Adana Dəmirspor” matçının baş hakimi Oğuzhan Çakıra VAR-dan çağırış gəlməsinə baxmayaraq, epizodu təkrar izləmir.
Bu isə şübhəyə əsas verir və kənardan təlimat almasına bir işarədir.
Əsas hədəf bəllidir: “Qalatasaray”- “Fənərbağça” derbisinə əcnəbi baş hakimin təyinatını reallaşdırmaq”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Türkiyə Super Liqasının 23-cü turu çərçivəsində keçirilən “Qalatasaray” – “Adana Dəmirspor” matçı barədə danışıb, qardaş ölkə futbolunda cərəyan hadisələrə şərhlər verib.
O, çempionatı uçuruma sürükləyən səbəblərdən bəhs edib.
“Cim-Bom” hesabda 1:0 öndə olarkən, görüşün 33-cü dəqiqəsində qonaq komandanın baş məşqçisi Mustafa Alper Avcı müəmmalı penalti epizoduna etiraz olaraq, oyunçularını meydandan çıxarıb. Beləliklə, matç TFF tərəfindən təxirə salınıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN