COP29

“Mən əməkhaqqı almadan kluba yardımçı olacam”

26 Noyabr 17:20 Türkiyə 1 329
“Mən əməkhaqqı almadan kluba yardımçı olacam”

«Qazilərin adı olan yerdə hər birimiz əlimizdən gələni etməliyik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında 18 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Füzuli Məmmədov deyib.

Füzuli Məmmədov artıq paralel olaraq klub təsərrüfatında çalışmağa başlayıb.

2019-2020-ci il aralığında 10 ay «Neftçi»nin sükanı arxasında dayanmış mütəxəssis «Difai»dən gələn təklifi qəbul edib.

O, klub prezidenti Asəf Məlikova müşavir təyin olunub. Məmmədov I Liqa təmsilçisində ictimai əsaslarla fəaliyyət göstərəcək, əməkhaqqı almayacaq.
Ondan öncə Füzuli Məmmədovun qardaşı Xaqani Məmmədov «fədailər»lə anlaşıb.

Son olaraq «Araz-Naxçıvan»da Elmar Baxşıyevin köməkçisi işləmiş mütəxəssislə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.

F.Məmmədov «Difai»də ilə maaş əsasında işə başlamadığın bildirib:

«Burada ən önəmlisi mənəvi məsələlərdir. Klubu Qarabağ qaziləri yaradıb.

«Difai»də onların bir neçəsiylə tanış olmuşam. Prezident Asəf Məlikovun dəvətini geri çevirə bilməzdim.

Hörmətli və komandaya can yandıran şəxsdir. Onun gözləntiləri çoxdur.

Futbolçular və digər işlərdə əlimdən gəldiyim qədər «Difai»yə kömək edəcəm. Turnir cədvəlində mümkün qədər irəli getmək lazımdır.

İstənilən halda «Difai» yuxarı yerlərdə olmalıdır. Bunun üçün komandanın potensialı var.

Mən əməkhaqqı almadan kluba yardımçı olacam. Bu, bir növ ictimai işdir.

Əsas işim millidədir. Bizim AFFA ilə müqaviləmiz yanvarın 1-də başa çatacaq.

Əlbəttə, federasiya istəyərsə, millidəki fəaliyyətimi ondan sonra da davam etdirməyə hazıram. Çünki U-18-də yaxşı komanda forialaşdırmışıq.

Bu heyətlə biz gələn il 19 yaşlıların Avropa çempionatında seçmə mərhələni keçə bilərik».

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 20:00 Futbol, yoxsa əyləncə?
26 Noyabr 08:50 "Qrupumuzda zəif yoxdur"
26 Noyabr 08:20 "Zirə"dən 6-cı uğur
26 Noyabr 02:30 Uşaq gözləyirlər - FOTO
26 Noyabr 01:50 Azərbaycanda 250-ci...