Türkiyə yığmasının üzvü Merih Demiral AÇ-2024-ün 1/8 final mərhələsində Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra ulduz futbolçu Kriştianu Ronaldonun ona zəng etdiyini bildirib.
Sportinfo.az xəbər verir ki, avstriyalılarla oyunda iki qol vuran müdafiəçi Ronaldonun onu təbrik etdiyini deyib:
“Kriştianu Ronaldo zəng etdi və mənə təbriklərini çatdırdı”.
Merih Demiral və Kriştianu Ronaldo 2019/2021-ci illərdə birlikdə “Yuventus”da çıxış ediblər.