Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderland yığması ilə matçdan sonra soyunub-geyinmə otağına enərək Türkiyə yığmasının futbolçuları ilə görüşüb.
Sportinfo.az Anadolu-ya istinadən xəbər verir ki, dövlət başçısı milli futbolçuları təbrik edib.
Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Türkiyə yığması Niderlanda 2:1hesabı ilə məğlub olub.