Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 2023/2024 mövsümündə Türkiyə Superliqasında qol şanslarından ən çox istifadə edən hücumçuların sırasında yer alıb.
Sportinfo.az xəbər verir ki, bu barədə “DataMB Türkiye” siyahı açıqlayıb.
24 yaşlı forvard 22,727 % göstərici ilə beşinci pillədə qərarlaşıb.
Renat Dadaşov “Adana Dəmirspor”da çıxış edən MBaye Nyanq (29,630 %), “Qalatasaray”dan Mauro İkardi (23,596 %), “Pendikspor”dan Mam Tiam, “Kasımpaşa”dan Nuno da Koştadan ( hər ikisi 23,077 %) geri qalır.
Futbolçu ötən il İsveçrə təmsilçisi “Qrasshopper”dən “Hatayspor”a icarəyə verilib. O, cari mövsüm çempionatda 6 qola imza atıb.