COP29

Niderlandlı hücumçu Türkiyənin tanınmış klubunda?

31 İyul 12:00 Türkiyə 1 885
Niderlandlı hücumçu Türkiyənin tanınmış klubunda?

"Trabzonspor" hücum xəttini yeni oyunçu ilə gücləndirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi "Börnli"yə məxsus olan Vaut Veqorstun keçidini yekunlaşdırmaq üzrədir.

Bu barədə yerli mətbuat məlumat yayıb.

"Trabzonspor" 31 yaşlı hücumçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Klublar arasında anlaşma qısa zamanda əldə olunacaq.

Vaut Veqorst ötən mövsüm icarə əsasında "Hoffenhaym"da çıxış edib.

Niderland millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti