COP29

“Qalatasaray” uduzdu, baş məşqçisi “qan ağladı”, azərbaycanlı hakim istədi - VİDEO

22 Avqust 2024 12:40 Türkiyə 1 930
“Qalatasaray” uduzdu, baş məşqçisi “qan ağladı”, azərbaycanlı hakim istədi - VİDEO

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyununda "Qalatasaray” İsveçrədə “Yanq Boyz”una 2:3 hesabı ilə uduzub.

Sportinfo.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk matçdan sonra açıqlama verib.

Cəzalı olduğundan oyunu tribunadan izləyən O.Buruk matçın Almaniyadan olan baş hakimi Daniel Siebertin oyunu idarəetməsini tənqid edib.

Onun sözlərinə görə, oyunun əvvəlində hər iki komandaya gərəksiz sarı vərəqələr göstərilib:

“Oyun çox dayandı. Hakimin sarı vərəqəni yazması belə 1 dəqiqə davam edirdi.

Matçı idarə edə bilməyən bir hakim gördüm. İsveçrənin alman kantonundayıq.

Rəqibimiz alman dilində danışır və matçı alman hakim idarə edir. Üstəlik, hakim daha əvvəl dünya çempionatında oyunçularımızdan biri ilə problem yaşayıb.

Biz də ikinci oyuna azərbaycanlı hakim istəyərik. Türk dilində danışan azərbaycanlı hakim bizim matçı idarə edərsə, sevinərik”.

Digər Xəbərlər
Xəbər Lenti