COP29

"Neftçi"nin maraq dairəsində olan vinger "Beşiktaş"dan ayrıldı

31 İyul 08:50 Türkiyə 2 627
"Neftçi"nin maraq dairəsində olan vinger "Beşiktaş"dan ayrıldı

Adı "Neftçi" ilə hallanan Aydın Hasiç "Beşiktaş"dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bosniyalı vinger azad agent statusu alıb.

22 yaşlı futbolçu hansı klubu keçsə, onun növbəti satışından "Beşiktaş" da müəyyən pay alacaq.

Bir müddət öncə Türkiyə mətbuatı "Neftçi"nin Aydın Hasiçi heyətinə qatmaq istədiyi ilə bağlı xəbərlər yaymışdı.

"Beşiktaş" Aydın Hasiçi 2020-ci ilin yanvar ayında Zaqreb "Dinamo"sundan transfer edib.

Bosniya və Herseqovina millisinə də çağırılmış oyunçu ötən mövsüm icarə əsasında ölkəsinin "Sarayevo" klubunda çıxış edib.

O, meydana çıxdığı 33 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti