COP29

Tovuz klubundan AÇIQLAMA: Jurnalistlərə qarşı təzyiq yolverilməzdir

16:05 Turan 1 119
Tovuz klubundan AÇIQLAMA: Jurnalistlərə qarşı təzyiq yolverilməzdir

“Belə bir hadisənin yaşanmasına təəssüflənirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”ın idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov deyib.

O, Tovuzda jurnalasitlərlə azarkeşlər arasında baş vermiş hadisədən saytımızda işıqüzü görən tazı vasitəsilə xəbər tutduğunu bildirib (https://www.sportinfo.az/idman_xeberleri/problem/204073.html):

“Təbii ki, jurnalistlərə qarşı təzyiq yolverilməzdir. Hazırda stadiondaki şərait jurnalistlərin azarkeşlərdən tam izolyasiya olunmuş şəkildə işləməsinə
imkan vermir.

Ancaq bu yöndə planlarımız var. Buna qədər də jurnalistlərin rahat işləməsi üçün imkanlar daxilində əlimizdən gələni edəcəyik.

Əsas tribuna ilə üzbəüz sektorda xüsusi guşə yaratmaq fikrindəyik. Bu işi yeni ilədək bitirməyi düşünürük.

Ondan sonra heç kim mətbuat işçilərinə yaxınlaşa bilməyəcək, belə problemlər də qeydə alınmayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti