COP29

Burada bir AĞA var…

19 Avqust 09:40 Turan 3 104
Burada bir AĞA var…

Üç tura 7 xal və… «Turan Tovuz» çempionatın lideridir.

Vəziyyət belədir. Və düşünmürəm ki, bu, müvəqqətidir.

«Turan» sonadək turnir cədvəlinə başçılıq etməyəcək. Aşağı düşdüyü vaxt olacaq. Amma lap aşağı yox…

Nə qədər aşağı ensələr də, liderlər qrupundan aralanmayacaqlar.

Kurban Berdiyev öz nəfəsini üfürüb «Turan»a. həqiqətən qısa müddətdə mühüm işlər görüb.

Praqmatik məşqçi dediyin budur - bu üç turda qapını toxunulmaz saxlayıblar. Şəhriyar Əliyev və Hakman kimi ləpirini yerdən ağır götürən müdafiəçilərin olduğu komandanın qapısından top buraxmaması nonsensdir.

Mən bunu Berdiyevin ultra müdafiə futboluna bağlayıram.

«Müdafiə hücumdan başlayır» yanaşmasını qəbul etməyən yeni baş məşqçinin öz prinsiplərindən kənara çıxmayacağına şübhə bəsləmirəm. O, həmişə belə olub, var və olacaq.

«Turan»ın futbolçuları Berdiyevi mütləqi-hakim olaraq qəbul edib. Klubda ondan üst qüvvədə görmürlər ta! Odur ki, hər dediyini can-başla yerinə yetirirlər.

«Kəpəz»lə qərb derbisi ikinci həqiqətin də qapağını qaldırdı. Məlum oldu ki, Ayxan Abbasov xələfinə yaxşı miras qoyub gedib.

Kurban Berdiyevin əsas güvəndiyi oyunçular onun zamanında Tovuza gələnlərdir. Xəyal Nəcəfov və Denis Marandiçi və başqalarını qeyd edə bilərəm.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…