COP29

Havayı pul alan legioner patronla baş məşqçini üz-üzə qoydu - Göndər, başqasını al

21 Noyabr 15:00 Turan 1 261
Havayı pul alan legioner patronla baş məşqçini üz-üzə qoydu - Göndər, başqasını al

"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev iki ayağını bir başmağa dirəyib.

Klubun rəhbəri Kurban Berdiyevdən Araş Qadirini geri göndərməsini tələb edib.

İş adamını qəzəbləndirən iranlı legionerin komandanın ən ödənişli üzvü olmasına baxmayaraq, daim ehtiyatda qalmasıdır.

Belə ki, yayda 2+1 illik müqavilə bağlayan müdafiəçi nadir hallarda meydana ayaq basır. Əksər oyunldarda ehtiyat skamyadan tərpənməyən Qadiri illik 200 min dollar qazanır.

Quliyev məhz bu nüansı əsas gətirərək, baş məşqçidən gətirdiyi oyunçunu yola salmağını istəyib. Rusiyalı mütəxəssis ilk vaxtlar sədrin fikrinə qarşı çıxsa da, son günlər nisbətən yumşalıb.

Bildirib ki, Arazın o tayından dəvət etdiyi müdafiəçinin taleyinə qış fasiləsində aydınlıq gətirəcək. Yəni ki, Berdiyev hələlik nə «hə», nə də «yox» deyir.

Klubun rəhbəri Araşdan qurtulmaqla əlində qalacaq pulu cibinə qoymaq niyyəti güdmür. O, həmin vəsaiti təkrar transfer bazarına yönəltməyi planlaşdırır. T

əbii, Berdiyev sonda buna bir «mız» qoymasa. Çünki Araş bilavastə onun təkidi ilə «Turan»a cəlb olunub. Keçiddə vasitəçilik edən menecer də çalışdırıcının yaxın dostudur.

26 yaşlı iranlı son olaraq “Traktor”un şərəfini qoruyub. O, daha əvvəl İranda “Aliminium” və “Peykan”ın formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 23:40 Niyə bəyənməyim?
23 Noyabr 17:50 Çək və bizə göndər!
23 Noyabr 12:20 Messi ora gəlməyəcək
23 Noyabr 10:40 Bəzən belə də olur...