
Tovuz bundan sonra futbolla yanaşı, basketbolda da təmsil oluna bilər.
Bu barədə Sportinfo.az-a «Turan Tovuz»dan bildirilib.
Redaksiyamıza verilən məlumata görə, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevlə Azərbaycan Basketbol Federasiyasının (ABF) prezideni Emin Əmrullayev arasında bununla bağlı müzakirələr aparılıb.
ABF-nın birinci şəxsi iş adamından bu sahəyə də yatırım etməsini istəyib. Quliyev isə basketbol mühiti ilə yaxından tanış olmadığını söyləyib və bu barədə fikirləşəcəyini deyib.
Ümumiyyətlə, Emin Əmrullayev Premyer Liqada mübarizə aparan bəzi klubların rəhbərlərinə müraciət edib.
Eyni zamanda elm və təhsil naziri postunu tutan ABB-nın birinci şəxsi onlara basketbol üzrə komanda yaratmalarını təklif eləyib.
Elita təmsilçiləri bu çağırışa isti yanaşsalar, federasiyadan maliyyə dəstəyi də alacaqlar.
ABB dəvəti geri çevirməyən hər bir yeni iştirakçıya illik olaraq 300 min manat ayıracaq.
Hazırda Premyer Liqanın 10 yarışmaçısından ikisi basketbol çempionatında varlıq göstərir. Onlardan biri «Sabah», digəri «Sumqayıt»dır.