COP29

Berdiyev son göstərişini verdi, rəhbərlik icrasına razılaşdı

17 Sentyabr 14:40 Turan 4 136
Berdiyev son göstərişini verdi, rəhbərlik icrasına razılaşdı

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev növbəti istəyinə nail olub.

Klub rəhbərliyi onun tapşırığını əsasən, yeni tikilmiş binada söküntü işlərinə başlamağı lazım bilib.

İş ondadır ki, akademiya üçün nəzərdə tutulan, sonradan profili dəyişdirilən binanın quruluşu rusiyalı çalışdırıcının xoşuna gəlməyib.

69 yaşlı mütəxəssis futbolçuların qalacağı otaqlardan və fitness zalından narazı qalıb. Berdiyev bildirib ki, yerlər balacadır və bu şəraitdə orada 1 gün də gecələmək mümkün deyil.

Tikili 3 mərtəbədən, 29 otaqdan ibarətdir. Baş məşqçi otaqların arasının açılmasını, ümumi sayın 24-ə endirilməsinə göstəriş verib. Həmçinin fitness mərkəzinin ərazisinin genişləndirilməsini əmr edib.

Bina əslində akademiyaya xidmət etməli idi. Seleksiya nəticəsində Tovuzun ucqar kəndlərindən və başqa rayonlardan seçilmiş uşaqlar burada yerləşdirilməli, qida ilə təmin olunmalı idi.

Klub rəsmiləri ilk vaxtlar mətbuata verdiyi açıqlamalarda da bu barədə belə danışırdı. İndi isə heç nə danışmırlar.

Nə danışsınlar, Ehtiram Quliyev Kurban Berdiyevin bir sözünə görə uşaq futboluna diqqəti azaldıb.

İdarə Heyətinin sədri fikrini yalnız əsas komandaya verib, akademiyanın şəraiti, azyaşlı futbolçuların gələcəyi artıq ona o qədər də maraqlı deyil.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi