“Qarşıda bizi daha ağır oyunlar gözləyir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”in kapitanı Şəhriyar Əiiyev deyib.
Qərb təmsilçisi Premyer Liqaya əla start verib. Kurban Berdiyevin çalışdırdığı kollektiv ilk 5 turda 13 xal toplayıb.
Açılış həftəsində “Neftçi” ilə səfərdə 0:0-a imza atan “Turan” daha sonra “Sumqayıt”, “Kəpəz”, “Qarabağ” və “Səbail”ə qalib gəlib.
Turuir cədvəlinə başçılıq edən əyalət komandası bu seriyanı davam etdirə biləcəkmi?
Müdafiəçini dinləyək:
“Əlbəttə, qələbə qazandığımıza görə şadıq. Lakin çempionat yeni başlayıb.
Bu cür irəliləmək üçün daha artığını etməliyik”.