COP29

Kurban Berdiyevdən növbəti sərt qərar -  Mənə lazım deyil, göndərin

4 İyul 11:40 Turan 7 220
Kurban Berdiyevdən növbəti sərt qərar -  Mənə lazım deyil, göndərin

«Turan Tovuz»un yeni baş məşqçisi Kurban Berdiyev daha bir futbolçunun xidmətindən imtina edib.

Bundan öncə braziliyalı müdafiəçi Bruno Qonçalvesi sərəncamında görmək istəməyən rusiyalı çalışdırıcı bu dəfə Luis Paçunun üstündən qara xətt çəkib.

72 yaşlı mütəxəssis adıçəkilən hücumçunun ona lazım olmaması barədə kulb funksionerlərini məlumatlandırıb. O, Paçunun oyun stilinə uyğun gəlmədiyini bildirib.

Berdiyev müqaviləsi 2025-ci ilin yayında bitəcək «sambaçı»nın tənbəl olduğunu, müdafiəyə kömək etmədiyini söyləyib.

Deyib ki, hərəkət traektoriyası məhdud olan forvardı qurmaq istədiyi komandada görmür, odur ki, icarəyə verilməsinə tərəfdardır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti