COP29

"Turan Tovuz"un rəhbəri pulunu Berdiyevin yoluna səpdi, bu məşqçilərin maaşını kəsdi

30 Avqust 2024 15:00 Turan 4 696
"Turan Tovuz"un rəhbəri pulunu Berdiyevin yoluna səpdi, bu məşqçilərin maaşını kəsdi

«Turan Tovuz» Premyer Liqada yeni mövsümə uğurlu başlayıb.

İlk 4 turda 10 xal toplayan Kurban Berdiyevin komandası turnir cədvəlinə başçılıq edir.

Bu, klubda bütün işlərin öz axarıyla getməsi təsəvvürü yaratsa da, təəssüf ki, real vəziyyət belə deyil. Son günlər akademiyanın işində ciddi probemlər yaranıb.

Bu haqda redaksiyamıza orada çalışan bəzi məşqçilər məlumat verib. Bildiriblər ki, onlarla imzalanan müqaviləyə dəyişiklik edilib.

Belə ki, akademiyada işləyən mütəxəssislər bundan sonra ilboyu əməkhaqqı almayacaq. 12 aylıq maaş cədvəli 10 aya endirilib.

O da qeyd olunub ki, Nadir Nəbiyevin «Turan»da çalışdığı müddətdə belə bir problem yox idi.

Məhz onun təkidi ilə Ehtiram Quliyev 12 aylıq maaş sisteminin icrasına razılıq vermişdi. Nəbiyevin klubdan ayrılmasından sonra sədr akademiyanın kasıb günlərə qaytarıb.

Əslində, heç bir maliyyə çatışmazlığı mövcud deyil. Ehtiram Quliyev bütün diqqətini əsas komandaya verib, avrokuboklara vəsiqə arzusuyla yaşamağa başlayıb.

Bütün maddi imkanlarını Kurban Berdiyevin yolunda sərf etməkdədir, uşaq futboluna yanaşması bu üzdən dəyişib. Tovuz futbolunun gələcəyinə barmaqarası münasibətinin arxasında başqa səbəb dayanmır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti