COP29

Premyer Liqa klubu riski göz önünə aldı, planı 1 illik ertələdi

18 İyul 10:40 Turan 1 987
Premyer Liqa klubu riski göz önünə aldı, planı 1 illik ertələdi

«Turan Tovuz» rəhbərliyinin Tovuz şəhər stadionu ilə bağlı planı dəyişib.

Arenanın qazonunun dəyişdirilməsi gələn ilin yayına ertələnib.

Süni ot örtüyü o tarixdən tez təbii qazonla yenilənməyəcək.

Buna səbəb sahənin dəyişdirilməsinin 3-4 ay vaxt aparmasıdır. Stadiona bir neçə aqro-şirkətin nümayəndəsi baş çəkib.

Onların dediyinə görə, mövcud qazonun sökülməsi və təbii meydançanın salınması zaman alacaq. Bildirilib ki, bu aralar işə başlansa, proses oktyabrın sonu, noyabrın əvvəlindən tez başa çatmayacaq.

Həmin vaxt isə havaların necə keçməsindən çox şey asılıdır.

Əgər şaxtalar düşsə, təbii qazonun qorunub saxlanması lap müşkülə dönəcək, ona görə də riskə getməyə dəyməz.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?