«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev futbolçuların yeni tələbini yerinə yetirib.
Belə ki, Premyer Liqanın 4-cü turunda «Qarabağ» səfərindən qələbəylə dönən komanda üzvləri rəhbərdən mükafat fondunun artırılmasını istəyib.
Otto Conun penalti qoluyla 3 xal qazanan kollektiv onun verdiyi 80 min manatla qane olmayıb.
Baş məşqçi Kurban Berdiyev də onların mövqeyini dəstəkləyib. Oyunçuların israrını görən iş adamı daha 20 min manat xərcə düşüb.
Qərb təmsilçisi ilk turda «Neftçi» ilə Bakıda 0:0 edib. «Sumqayıt», həmçinin «Kəpəz»lə Tovuzda baş tutan görüşləri isə müvafiq olaraq 1:0 və 3:0 hesabıyla başa çatıb.
Quliyev «ağ-qaralar»la matça görə hər futbolçuya 750-1200 manat civarında mükafat ödəyib. Sonrakı iki qarşılaşmada isə üst-üstə 120 min manatından keçib.
SPORTİNFO.AZ