COP29

“Turan Tovuz”un rəhbəri bunu da etdi – Bəs vergini kim ödəyəcək?

14 Sentyabr 20:00 Turan 3 715
“Turan Tovuz”un rəhbəri bunu da etdi – Bəs vergini kim ödəyəcək?

Son illər Premyer Liqa klubları içərisində rast gəlinməyən hal «Turan Tovuz»da baş verib.

İdarə Heyətinin sədri Ehtiram Quliyev komandanın avqust ayına olan maaşını ödəyib.

Soruşa bilərsiz: burada nə var axı? O var ki, iş adamı məşqçi və futbolçulara, texniki personala əməkhaqqını nəqd şəkildə paylayıb.

Yəni, ştatatda kim yer alıbsa, hamısı tək-tək mühasibə yaxınlaşaraq, məvaciblərini götürüb.

Bu barədə redaksiyamıza elə oyunçuların özləri bildirib.

Onların dediyinə görə, AFFA tərəfindən ayrılan vəsait hər ayın 15-dən sonra klubun hesabına köçürülür. E.Quliyev isə bu dəfə federasiyanı gözləmədən kollektivi sevindirib.

Bəlkə də o, fərqinə varmayıb ki, bu, vergidən yayınma olaraq qəbul edilə bilər. Çünki məşqçi və futbolçularla peşəkar xidməti müqavilə imzalanıb, hər birinin adına bank hesabı, VÖEN açılıb. Avtomatik olaraq hər biri vergi ödəyicisidir.

Bəllidir ki, “Turan Tovuz” oyunçularına qəpik-quruş ödəmir. Aylıq maaş fondu bir neçə yüz min manatdır.

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.4-cü maddəsinə diqqət yetirək:

3.4.4. əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;

Qanundan göründüyü kimi, bu maddədə konkret ƏDV ödəyiciləri məfhumuna yol verilmədən əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək istisna olmaqla digər şəxslər əmək haqqları, pensiya, təqaüd, maddi yardım, müavinətlər, kompensasiyalar və təzminatları nəğd şəkildə ödəməlidir.

Təbii ki, mümkündür ki, hər hansı ƏDV ödəyicisinin əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan aşağı olsun.

Bu halda onlar işçilərə əməkhaqqıları nağd şəkildə ödəyə bilərlər, qanunvericilik bunu qadağan etmir. Həmin ƏDV ödəyicilərinin 13-cü ayda son 12 aylıq dövriyyəsi 200 min manatlıq həddi aşa bilər.

Belə olan halda onlar əməkhaqqını artıq nağd yox, nağdsız ödəməlidirlər. O da mümkündür ki, 14-cü ayda son 12 ayın dövriyyəsi azalsın və 200 min manatdan aşağı düşsün. Bu zaman həmin ƏDV ödəyiciləri yenidən əməkhaqqıları nağd şəkildə ödəmək hüququ qazanır.

Göründüyü kimi belə ƏDV ödəyiciləri üçün müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq əməkhaqqıların ödənilməsinin nağdsız həyata keçirilməsini tənzimləmək çox çətindir.

Vergi Məcəlləsinin 58.7-1.-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyasını misalla izah edək: Məsələn, ardıcıl 12 aylıq dövriyyəsi 200 000 manatdan çox olan “AA” MMC 2019-cu ilin may ayında işçilərə 20 000 manatlıq əmək haqqını nağd şəkildə ödəyib.

Səyyar vergi yoxlaması zamanı bu hal aşkar olunduqda vergi ödəyicisinə ilk halda əməliyyat üzrə məbləğin 10 faizi yəni 2000 manat (20000 x 10 faiz), təqvim il ərzində 2 və 3 və daha çox hallarda müvafiq olaraq 20 və 40 faiz həcmində maliyyə sanksiyası tətbiq ediləcək.

Təbii ki, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək vergi ödəyiciləri əmək haqqı ödənişlərini nağd qaydada həyata keçirə bilər. Amma o şərtlə ki, ay əzində cəmi nağd məxaric əməliyyatları 15 000 manatı keçməsin.
Vergi Məcəlləsinin 58.7-1. maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmasına görə əmək haqlarını nağd qaydada ödəyən vergi ödəyicilərinə qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
İşçilərin əməkhaqqı məbləğindən hesablanıb tutulan məcburi sosial sığorta ödənişləri də yalnız nağdsız qaydada müvafiq fondların hesabına köçürülməlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?