COP29

Berdiyev futbolçuları özündən narazı saldı: “Qışqırır, acıqlanır, heç kimi saymır”

13 Sentyabr 13:00 Turan 3 532
Berdiyev futbolçuları özündən narazı saldı: “Qışqırır, acıqlanır, heç kimi saymır”

Kurban Berdiyevin gündəlik məşq prosesi «Turan Tovuz»un futbolçularında narazılıq yaradıb.

Bu barədə redaksiyamıza komanda üzvlərindən bir neçəsi məlumat verib.

Bildirdiklərinə görə, baş məşqçi onlarla bəzən sərt, bəzən kobud dillə danışır, üstəlik, monoton iş prinsipinə üstünlük verir:

«Berdiyev gündə iki dəfə iclas keçirir. Hər iclasımız 1 saatdan çox davam edir. Hər dəfə eyni sözləri deyir.

Məbuatda yazılır ki, Berdiyev komandadan hücum futbolu oynamağı tələb edir. Guya, o, rəqibi meydanın mərkəzində qarşılamağımızı, pressinq etməyimizi istəyir.

Bəzən efirjə də belə sözlər deyirlər. Biz bütün bunlara gülürük.

Berdjyevin iclasında bir-iki dəfə olun, özünüz görəcəksiz ki, yayılan iddialar necə əsassızdır. Baş məşqçi bütün komandaya yalnız müdafiə olunmağımızı istəyir.

Tapşırır ki, top rəqibdə olanda, 11 nəfərin 11-i də arxaya çəkilməli, cərimə meydançasının önünə yığışılmalıdır. Topdan arxada olmayan futbolçunu xoşlamır.

Kim vaxtında geri çəkilmirsə, ona acığı tutur. Luis Paçu keçən mövsüm komandamızın ən yaxşı legionerlərindən biri idi.

Onu göndərdi ki, müdafiəyə kömək eləmirsən, arxaya tərəf az qaçırsan.

Açığı, Berdiyevin məşqləri də rəngarəng deyil. Həftəyə başlayanda, artıq bilirik ki, hansı gün nə məşq verəcək bizə.

Köməkçiləri də bəzən eyni məşq prosesinin təkrarlanmasından bizə şikayət edir. Amma ondan qorxduqları üçün heç kim sözünü açıq demir.

Bizimlə söhbətləşəndə isə sakit-sakit deyinirlər. Berdiyevin üzünü gülən görmürük.

Daim qaşqabaqlıdır. Məşqi çox vaxt kənardan izləyir.

Qıraqda durub fikir verir. Birimiz səhv edəndə o dəqiqə qışqırır, acıqlanır.

Öz aramızda söhbət düşəndə, deyirik ki, bu, nəvaxtadək belə davam edəcək? Çox zəhmli adamdır, heç kimi saymır».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti