COP29

Rayon klubunun sahibi Bakıda torpaq aldı, baza tikməyə başladı

26 Sentyabr 14:00 Turan 1 155
Rayon klubunun sahibi Bakıda torpaq aldı, baza tikməyə başladı

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev Bakı şəhəri ərazisində böyük torpaq sahəsi alıb.

Kürdəxanı qəsəbəsində yerləşən ərazi 5 hektardan artıqdır.

İş adamı burada klub üçün baza tikməyə vəsait ayırıb. Artıq işlərə start verilib.

Tikinti briqadası günün 24 saatı ərazidə fəaliyyət göstərir. Üç növbəli iş rejimi tətbiq olunub.

Plana görə, baza 3 böyük meydança salınacaq. İkisi təbii, biri süni qazonun salınması nəzərdə tutulub.

İlkin mərhələdə əsas meydança təhvil veriləcək. Bunun da noyabrın sonu, dekabrın əvvəlinədək başa çatdırılması nəzərdə tutulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti