COP29

Millidən də QAÇIBMIŞ… Qızla tanış olmaq istəyən və komandadan qovulan futbolçu

11:40 Turan 311
Millidən də QAÇIBMIŞ… Qızla tanış olmaq istəyən və komandadan qovulan futbolçu

Xəbər verdiyimiz kimi, “Turan Tovuz”un futbolçusu Nahid Əliyev Bakıda yerləşən hotellərin birində qızla tanış olmağa çalışarkən qalmaqala səbəb olub.

Yarımmüdafiəçi komandanın yerləşdiyi məkanda qarşısına çıxan qızla münasibət qurmaq istəyib.

Xarici ölkə vətəndaşı olan xanım isə onun təklifini qəbul etməyib. Futbolçunun ondan əl çəkmədiyini görən əcnəbi xanım hotelin təhlükəsizlik xidmətinə şikayətlənib.

Onlar da öz növbəsində bu barədə klub funksionerlərini məlumatlandırıblar. Hadisə yerinə gələn rəsmilər qızı sakitləşdiriblər.

Eyni zamanda klubun baş məşqçisi Kurban Berdiyev Nahid Əliyevi düşərgədən uzaqlaşdırıb.

Rusiyalı çalışdırıcı 2005-ci il təvəllüdlü gənci yalnız əsas komandadan kənarlaşdırmayıb. O, əvəzedici heyətin qapılarını da yarımmüdafiəçinin üzünə bağlayıb.

Saytımız “Turan Tovuz”un futbol akademiyasının baş koordinatoru Eltay Aslanovun bacısı oğlu ilə bağlı daha bir xoşagəlməz informasiya əldə edib.

Redaksiyamıza məlum olub ki, yarımmüdafiəçi Azərbaycan yığmasının formasını geyinməkdən yayınıb. Belə ki, U-19-un baş məşqçisi Aqil Nəbiyev ötən il onu milliyə çağırıb.

Rusiyada doğulmuş futbolçu sənədlərinin qaydasında olmadığını söyləyib.

Ona bu məsələdə köməklik göstəriləcəyi deyilsə də, Nahid yenə müxtəlif bəhanələrlə prosesi uzadıb və Avropa çempionatının seçmə mərhələsinə yollanan komandanın düşərgəsinə qoşulmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti