COP29

Xaricdən gəldi, Premyer Liqamızı gördü, əməkdaşımızla açıq danışdı

17 Avqust 15:00 Turan 3 159
Xaricdən gəldi, Premyer Liqamızı  gördü, əməkdaşımızla açıq danışdı

“Azərbaycan çempionatının səviyyəsi həqiqətən yüksəkdir.

Keyfiyyətli futbolçulardan qurulmuş yaxşı komandalar var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un rusiyalı legioneri İvan Konovalov deyib.

Vaxtilə Rusiya Premyer Liqasında çıxış etmiş, Serbiya, Belarus, Şotlandiya, Qazaxıstan kimi ölkələrdə əlcək taxmış 29 yaşlı qapıçısı Azərbaycan çempionatından söz açıb.

O, Premyer Liqamızın Rusiya elitasından geri qaldığını bildirsə də, gələcəyə inamla baxdığını bildirib:

“Açıq danışaq, Rusiya klublarının büdcəsi, infrastrukturu, azarkeş sayı daha çoxdur. Bu da istər-istəməz arada fərq yaradır.

Unutmayaq ki, Rusiyanın əhalisi və maddi imkanları Azərbaycandan çoxdur. Mütləq ki, bunun da rolu var.

Yox, sırf Premyer Liqanın səviyyəsindən danışırıqsa, hər şey əladır. “Sumqayıt”la oyunda Tovuz stadionu tam dolmuşdu.

“Neftçi”ylə oyunumuzda arenada xoş ab-hava var idi. Futbolun keyfiyyəti, komandalar arasındakı rəqabət maraqlıdır.

Burada olmaqdan məmnunam.Fikrimcə, zaman keçdikcə Azərbaycan çempionatının səviyyəsinin səsi daha da artacaq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…