COP29

Kurban Berdıyev rəsmən “Turan Tovuz”un baş məşqçisi təyin olundu

25 İyun 11:20 Turan 771
Kurban Berdıyev rəsmən “Turan Tovuz”un baş məşqçisi təyin olundu

Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi təyin olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Türkmənistanlı mütəxəssislə 2+1" illik müqavilə bağlanıb.

Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan Kurban Berdıyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi”, Türkmənistanda “Nisa” və əsas milli komanda, İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala) komandalarına rəhbərlik edib.

PRO kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub.

O, 2020/2021 mövsümündə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?