COP29

Yeni baş məşqçi 4 seçim etdi, bir yer boş qalıdı - FOTOLAR

30 İyun 14:00 Turan 1 753
Yeni baş məşqçi 4 seçim etdi, bir yer boş qalıdı - FOTOLAR

"Turan Tovuz"un əsas komandasının məşqçilər korpusu komplektləşmək üzrədir.

Baş məşqçi Kurban Berdıyevə Cavid Hüseynov və Andrey Matsyura kömək edəcək.

Yakov Erlix fiziki hazırlıq üzrə, Yevgeni Şetinin isə qapıçıların hazırlığı üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.

Yeni çalışdırıcıya daha bir yardımçının təyin olunması gözlənilir. Vakant yerə Eltay Aslanovla Elxan Abdıyevdən birinin gətirilməsi müzakirə edilir.

Yerli fanatlar bununla bağlı öz fikirlərini rəhbərliyə çatdırıb. Onlar istəyir ki, Berdiyevin köməkçilərindən biri mütləq tovuzlu olsun.

Amma heç şübhəsiz, bu məsələdə son söz sahibi baş məşqçidir. Rusiyalı mütəxəssis necə desə, rəsmilər də onunla razılaşacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?