«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyevlə Kurban Berdiyevin köməkçisi Cavid Hüseynov arasında görüş keçirilib.
Klub rəhbəri «Səbail»dən təklif alan baş məşqçinin yardımçısına burada qalmağı məsləhət görüb.
İş adamı ona vəd verib, əməkhaqqını nəzərə çarpacaq qədər artıracağını vəd edib. Bildirib ki, bundan sonra şəraiti daha da yaxşılaşdırılacaq, təki Berdiyevin yanında qalsın.
Fəqət, Hüseynov Quliyevin sözünü yerə salıb. Artıq Bayıl təmsilçisinin rəhbərliyi ilə görüşüb razılaşdığını, yaxın günlərdə təqdimatının olacağını deyib.
Etiraf edib ki, o, özünü baş məşqçi olaraq sınamaq fikrindədir və ayağına gələn bu təklifi heç bir halda geri çevirə bilməz.
SPORTİNFO.AZ