COP29

75 min dollara Birinci Liqadan alıb gətirdilər

26 İyun 11:40 Turan 1 926
75 min dollara Birinci Liqadan alıb gətirdilər

Daha öncə İvan Konovalovla anlaşan "Turan Tovuz" daha bir qapıçı transferini reallaşdırıb.

Klubun mətbuat xidməti saytımızın bir neçə gün öncə yaydığı xəbəri təsdiqləyib.

Bildirilib ki, Sergey Samokla 1 illik müqavilə imzalanıb.

Son olaraq “KamAz”ın şərəfini qoruyan 23 yaşlı rusiyalı qapıçı daha öncə vətənində “Tom”, “Soçi”, “Novosibirsk” və “Rotor”un formasını geyinib.

Birinci liqa təmsilçisinin ikinci kiperi Azərbaycanda olduğu müddətdə 75 min dollar qazanacaq. Başqa sözlə, Kurban Berdiyevin istəyi ilə bura gələn legioner hər ay 7500 dollar maaş alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti