Bu da belə… “Turan” bəd xəbərlərdən gözünü aça bilmir!

14:40 Turan 550
Bu da belə… “Turan” bəd xəbərlərdən gözünü aça bilmir!

Premyer Liqada uğursuz dönəm yaşayan «Turan Tovuz» növbəti pis xəbərin acısını yaşayır.

Bu barədə klubdan saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumata görə, ağır əməliyyatdan sonra yenicə komandaya dönmüş Roderik Miller məşqdə ciddi xəsarət alıb.

Axırıncı dəfə ötən ilin dekabrında forma geyinmiş müdafiəçi indi də hazırlıq prosesinin gedişində diz nahiyəsi zədələnib.

Odur ki, panamalı legioner mövsümün qalan hissəsində meydana ayaq basmayacaq.

Qərb təmsilçisi ondan qabaq Şəhriyar Əliyev və Jo Batistadan gələn bu tip xəbərlə sarsılıb. Aıdçəkilən müdafiəçi və hücumçu əməliyyat olunub. Heç biri yaydan tez sıraya dönməyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti