Kurban Berdıyev keçmiş klubuna qayıtdı - FOTOLAR

13:20 Turan 491
Kurban Berdıyev keçmiş klubuna qayıtdı - FOTOLAR

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Rusiyanın “Rubin” klubunun qonağı olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Türkmənistanlı mütəxəssis, Rusiya Premyer Liqasının 26-cı turunda keçirilən “Rubin” - “Fakel” oyununda “Ak Bars Arena”da adına verilən sektorun açılışında iştirak edib.

Kurban Berdıyev rəmzi olaraq oyunda topa ilk toxunuşu yerinə yetirib.

Ona “Rubin”in prezidenti Marat Safiullin tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

Kurban Berdıyev 2001-2013-cü və 2017-2019-cu illərdə "Rubin"i çalışdırıb. O, Kazan təmsilçisi ilə iki dəfə (2008, 2009) Rusiya çempionu olub.









Digər Xəbərlər
Xəbər Lenti