Rusiyalı “əzmkar ortabab” adlandırdığı Azərbaycan komandasından nə danışdı?

18:00 Turan 255
Rusiyalı “əzmkar ortabab” adlandırdığı Azərbaycan komandasından nə danışdı?

Bu gün Tovuzda bölgə təmsilçilərinin dueli baş tutacaq.

Əvvəlki iki mövsümdə “Turan Tovuz”u çalışdırmış Ayxan Abbasov növbəti dəfə “Şamaxı”nın baş məşqçisi kimi qərbə səfər edəcək.

Şamaxılılar elitada qalmaq tapşırığının öhdəsindən böyük ölçüdə gəlsə də, bundan sonrakı məqsəd turnir cədvəlində mümkün qədər irəliləməkdir. Tovuzlular isə üçüncü yer uğrunda “Araz-Naxçıvan”la amansız mübarizəyə girişib.

Mübarizə və gərginlik vəd edən qarşılaşmadan əvvəl Sportinfo.az-a açıqlama verən “Turan Tovuz”un rusiyalı qapıçısı Sergey Samok fikirlərini dilə gətirib:

“Bundan sonra asan oyun olmayacaq. Həm biz, həm də rəqiblər hədəfə çatmaq üçün mümkün olanı və olmayanı etməyə çalışır.

Əzmkarlığı ilə seçilən ortabab rəqibə qarşı oynayacağıq. Yaxşı müdafiə olunurlar, hücumları təhlükəli olur.

Onlar da süni örtükdə oynayır deyə, “sintetika”ya öyrəncəlidir. “Şamaxı” ilə bütün matçlarımız çətin keçib. Diqqəti qətiyyən əldən verməməliyik.

Meydana yalnız və yalnız qələbə üçün çıxacağıq. Birlik nümayiş etdirməklə məqsədimizə çatacağımıza inanıram”.

Tovuz şəhər stadionunda gerçəkləşəcək duelin start fiti saat 19:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti