“Futbolçuların əksəriyyəti onu baş məşqçi postunda görməyi arzulayır”

14:00 Turan 719
“Futbolçuların əksəriyyəti onu baş məşqçi postunda görməyi arzulayır”

«Turan Tovuz»un futbolçuları Kurban Berdiyevin baş məşqçi postundan getməsini istəyir.

Bu haqda saytımıza komanda üzvlərindən biri danışıb.

Onun redaksiyamıza bildirdiyinə görə, istər yerlilər, istərsə də əksər legionerlər Yunis Hüseynovun sükan arxasına gətirilməsini arzulayır:

«O. beş aydan artıqdır bizimlədir. Çox mehriban və gülərüz insandır.

Daim hamıyla şirin danışır, heç kimi acılamır. Əhval-ruhiyyə yaratmağı bacarır.

Bugünlərdə klubun idarəçiləri ilə söhbət edirdik, futbolçulardan biri dedi ki, kaş Yunis Hüseynov baş məşqçimiz olardı.

Həmin idarəçi Berdiyevin adı çəkiləndə ağzını büzdü. Cavab verdi ki, «Baba» bizi çox yorur, bezmişik onun əlindən.

Dedi ki, Ehtiram Quliyev də cana doyub, amma Kurban Berdiyevin işinə qarışmaq istəmir, ona hörmətlə yanaşır. Dedi, rəhbər hələlik gözləyir və komanda avrokuboklara vəsiqə qazanmasa, sözünü deyəcək.

Bizdən olsa, yəni, komanda daxilində səsvermə keçirilsə, futbolçuların ən azı 90 faizi Yunis Hüseynovun elə bu gün baş məşqçi təyin edilməsinə səs verər.

Berdiyevin fiziki hazırlıq üzrə köməkçisi Eolixi də göndərsəydilər, canımız dincələrdi. Çox pis məşq keçir, hər həftə bir neçə nəfər zədələnir.

Bu dəqiqə kimdən istəyirsiz soruşun, bütün futbolçular harasınınsa ağrıdığını söyləyəcək».

Digər Xəbərlər
Xəbər Lenti