“Bu, hələ rəsmiləşməyib”

17:20 Turan 187
“Bu, hələ rəsmiləşməyib”

"Şamaxı" üçün Premyer Liqada qalmaq hədəfinin yerinə yetirildiyini demək olar.

Komanda sona 5 tur qalmış sonuncu sırada gedən "Səbail"i 14 xal qabaqlayır.

Qarşıdan isə "Turan Tovuz"la prinsipial matç gəlir.

Ona görə prinsipal ki, bu mövsüm tərəflər arasında baş tutan hər 3 görüşdə də maraqlı olaylar yaşanıb.

İki dəfə (2:2, 2:3) "Şamaxı" son anda qələbəni əldən verib.

0:1 məğlub olduqları digər matç ətrafında söz-söhbətlər isə hələ də danışılır.

Görəsən, belə bir qarşılaşma öncəsi hədəfə çatmağın kollektivə gətirdiyi rahatlıq Tovuzda yaxşı nəticə qazanmağa mane ola bilərmi?

Qısa müddətdə "Şirlər"in önəmli fiquruna çevrilən qapıçı Rikardo Fernandes Sportinfo.az-a açıqlamasında sualımıza belə cavab verib:

"Premyer Liqada qalmağımızı ancaq riyazi olaraq təyin etdikdə təsdiq edə bilərik. Yəni hədəfə çatmağımız hələ rəsmiləşmiyib.

Digər tərəfdən, bizi motivasiya edəcək şey əvvəldən eynidir - mümkün olan ən yaxşı nəticə niyyəti ilə bütün oyunlara çıxmaq. Bu dəfə də eynisi olacaq.

“Turan”la əvvəlki oyunlarda hər şey son anda həll olunmuşdu. Bu oyuna konsentrasiyalı və güclü olmalıyıq.

Biz bilirik ki, rəqib müdafiədə güclü komandadır və standart vəziyyətlərdən çox istifadə edir. Buna 100% hazır olmalıyıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti