Ehtiram Quliyev və “Turan”a problem yaradacaq QƏRAR - VİDEO

23 Aprel 21:00 Turan 305
Ehtiram Quliyev və “Turan”a problem yaradacaq QƏRAR - VİDEO

“İş adamlarının futbola töhvəsi təqdirəlayiq haldır.

Odur ki, Ehtiram Quliyevin adını hallandırmasaq, düzgün çıxmaz.

“Turan Tovuz”un inkişafı üçün əlindən gələni əsirgəmir. Futbolu sevir və onunla nəfəs alır. Bu, digər iş adamlarına da nümunə olmalıdır.

Onların da futbola sərmayə yatırması üçün mühitin əlverişli olması vacibdir. Bugünlərdə möhtəşəm təlim-məşq bazası istifadəyə verildi.

Oxşar layihə Tovuzda da həyata keçiriləcək. Məsələnin tək mənfi tərəfi açılış mərasimində AFFA və PFL rəhbərliyindən bir nəfərin belə olmaması idi.

Ən azından protokol qaydalarına riayyət olunmalıdır. Gələcəkdə hər hansı bir hakim səhvlərində yenidən aləm dəysə bir-birinə, bu cür unudqanlıqlar da analoji hadisələrə bilavasitə təsirli edən amillərdəndir”.

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist bugünlərdə "Turan Tovuz"un Kürdəxanıda yerləşən təlim-məşq bazasının açılışına, ümumiyyətlə, klubda görülən işlərə münasibət bildirib.

O, qərb təmsilçisinin İdarə Heyətinin rəhbəri Ehtiram Quliyevin mərasimə çağırılan qonaqları.sırasında AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyində təmsil olunan şəxslərin yer almamasını doğru saymadığını qeyd edib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 20:30 Çək və bizə göndər!
23 Aprel 11:00 İstiqaməti düz seçin!
23 Aprel 08:20 Barbara, Fatimə, Ayan...