"Sportinfo”ya ŞOK ETİRAF! Burada 4 qruplaşma var, komanda “bardağ”a dönüb

22 Aprel 20:00 Turan 628
"Sportinfo”ya ŞOK ETİRAF! Burada 4 qruplaşma var, komanda “bardağ”a dönüb

Mövsümə əla start verən «Turan Tovuz»un yeni ildən sonra çöküşə keçməsi boş yerə deyilmiş!

Komandanın formasını geyinən futbolçulardan biri bu barədə redaksiyamıza şok məlumat verib.

Müqaviləsi davam etdiyi və cəzalanacağı üçün adının çəkilməsini istəməyən oyunçu bildirib ki, komanda daxilində 4 qruplaşma əmələ gəlib.

Onun sözlərinə görə, Kurban Berdiyev kollektiv üzərində hakimi-mütləqdir, rəhbərlik isə proseslərdən kənarda dayanıb:

«İlk vaxtlar hər şey bir qədər fərqli idi. İndi ab-hava çox korlanıb.

Əksər uşaqlar məşqə deyinə-deyinə çıxır. Kurban Berdiyev bunu görmürmü? Əlbəttə, görür.

Amma özünü o yerə qoymur. Bizə hiss etdirir ki, burada işləmək onun da ürəyincə deyil.

Komanda bir neçə yerə bölünüb. İspan və portuqaldilli olanlar bir qrupdur.

Rusdillilər başqa bir qrupdur. Afrikalıların öz çevrəsi var, onlar yalnız bir-birləriylə oturub-dururlar.

Yerli uşaqlar da həmçinin. Mehribanlıq yoxdur aramızda.

Bəzən araya söz-söhbət düşür, sonra bunu həll edən olmur. Məşqlərdə dəfələrlə mübahisə yaranıb, söyüş işlənib.

Məşqçilər belə şeylərə fikir vermir. Klubda işləyənlər kənardan görür hər şeyi.

Ancaq heç nəyə qarışmırlar. Berdiyevin qorxusundan danışa bilərlər?

Berdiyev onlara üz göstərmir, yaxına buraxmır. Üzünü bir az turşudan kimi hamısı əl-ayağa düşür.

Qışdan sonra gələn futbolçulara komandada münasibət birmənalı deyil. Anton Kraçkovski məşqdə topa ayağını vuranda ona gülürlər.

Orxan Əliyev az oynadığından, bütün günü deyinir, məşqlərdə can qoymur. Rəhim Sadıxov isə öz aləmindədir, hər gün bir yerini tutur ki, ağrıyıram».

Ölkə kuboku ilə erkən vidalaşan «Turan Tovuz»un Premyer Liqada işləri tam qaydasında getmir.

Avrokuboklara vəsiqə iddiası ilə yola çıxmış qərb təmsilçisi 31 tura 48 xal toplayıb və ilk üç pillədən kənarda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 16:50 Çək və bizə göndər!
22 Aprel 12:00 Musa klub satın aldı
22 Aprel 11:00 Bir bax gör... TƏKLİF!
22 Aprel 08:40 "Mən razı qalmadım"
22 Aprel 03:00 İkisində də 2:1