Ehriram Quliyevin avazı yaxşı gəlir – Pulu qurtarıb?

20:20 Turan 158
Ehriram Quliyevin avazı yaxşı gəlir – Pulu qurtarıb?

"Yaxın 3 ildə avrokuboklarda pley-off mərhələsinə qədər irəliləməyi, mümkünsə, qrupa düşməyi hədəfləyirik”.

Sportinfo.az xəbər verir ki, bunu "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.

İş adamı avrokuboklarda nailiyyətlər əldə etmək istədiklərini vurğulayıb: “Maddi-texniki bazamız o qədər geniş deyil.

Tovuzdakı kompleksə və bu bazaya çox böyük maddi vəsait xərclənib. Dayanıqlı inkişaf yolunu seçmişik.

Çox asanlıqla bu pulu oyunçulara verməklə nailiyyətlər əldə edə bilərdik. Amma biz o yolu seçmədik.

Hədəflərimizə doğru addım-addım irəliləyəcəyik. Artıq növbəti mərhələ haqda düşünməyin vaxtıdır".

Digər Xəbərlər
Xəbər Lenti