Avrokuboklara vəsiqə qazansalar, bu işi tez-bazar bitirəcəklər, yoxsa... YENİ XƏBƏR

12:40 Turan 282
Avrokuboklara vəsiqə qazansalar, bu işi tez-bazar bitirəcəklər, yoxsa... YENİ XƏBƏR

“Turan Tovuz”un Kürdəxanı qəsəbəsində yerləşən təlim-məşq bazasının tikintisi davam etdiriləcək.

Bu haqda klubdan saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumata görə, təbii örtüklü meydança istismara hazırdır..

Bura isinmə hərəkətləri üçün ayrıca təbii ot örtüklü zona, buz hovuzu, sauna, toplantı və iclas zalları, soyunub-geyinmə otaqları, sanitar qovşaq, həkim və masaj otağı, 3 mərtəbədən ibarət izləmə və çəkiliş qülləsi, müasir standartlara uyğun qazanxana, suvarma sistemi ilə təmin olunub.

Ümumi sahəsi 5 hektadan böyük olan Kürdəxanı layihəsində əsas korpusun inşası ilə yanaşı, daha 2 təbii örtüklü meydança salınacaq.

Klubdan aldığımız məlumata görə, bu prosesin sürətlənməsi mövsümün yekun nəticəsinə bağlıdır. Yəni, komanda avrokuboklara vəsiqə qazanarsa, inşaat yay aylarında davam etdiriləcək.

Əksi olsa, planın icrasının ən azı 6-7 aylıq ertələnməsi gözlənilir. Çünki «Turan» rəhbərliyi qitəmiqyaslı yarışda iştirak qarşılığında UEFA-dan gələcək vəsait hesabına öu işi tamamlamaq niyyətindədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti