Azərbaycanda ikinci Fatih Terim peyda oldu! O, qəsdən belə edir - VİDEO

19 Aprel 21:00 Turan 395
Azərbaycanda ikinci Fatih Terim peyda oldu! O, qəsdən belə edir - VİDEO

“Rubin” kimi komandanı çalışdır, Çempionlar Liqasında səfərdə “Barselona”nı məğlub elə, nizam-intizamda, meydandan kənarda davranışlarla nümunə ol, sonra da gəl məşqçi karyeranda ilk qırmızı vərəqəni burada al...

Özü də kim versin vərəqəni sənə? Elçin Məsiyev.

Bəlkə də bu aqressivlik futbolçulara əlavə motivasiya verdi, komanda ikinci hissədə qələbə qazanmağı bacardı.

Fatih Terim əvvəllər belə addımlar atardı. Kurban Berdıyev də deyir ki, adamsız, adamlığınız olsun, karyeramda ilk qırmızı vərəqəni heç nədən Azərbaycanda veririsiz”.

Bu açıqlama “Sportinfo TV”də efirə gedən “Futbol manşet” də səsləndirilib.

Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadə “Turan Tovuz”dan danışıb, onun problemləri haqda şərhlər veriblər.

Verlişdə qeyd edilib ki, “Sabah” və “Neftçi” formada olsaydı, Tovuz təmsilçisi hazırki pillədə yer almayacaqdı:

“Avrokuboklarda bu heyətlə uğurlu çıxış ehtimalı çox aşağıdır. Transferlər çox önəmlidir.

Vallah, qapıçı İqor Konovolov kimi transferlər olacaqsa, olmasa, ondan yaxşıdır”.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 18:10 Çək və bizə göndər!