
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev barəsində verilən qərardan şikayətə baxıb.
Sportinfo.az xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.
“Turan Tovuz” tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyib.
Premyer Liqaтın 30-cu turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Sabah” oyununun 19-cu dəqiqəsində Kurban Berdiyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
AFFA İntizam Komitəsinin qərarında bildirilir ki, Berdıyev daha sonra hakimləri təhqir edib.
Bu səbəbdən o, 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb, klub 4000 manat məbləğində cərimə olunub. Şərti cəzaya dair 3 ay sınaq müddəti təyin edilib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN